Emin Talıbov yüksək vəzifəyə təyin olundu

3 İyul 2026 11:54

Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə yeni rəis təyin olunub.

Milli.Az unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, rəis vəzifəsinə Emin Talıbov təyinat alıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)