Ronaldonun penalti anı gündəm oldu: “Bismillah” deyib? - (Video)

3 İyul 2026 15:05

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo dünya çempionatında Xorvatiyaya qarşı keçirilən oyunda penaltini yerinə yetirərkən etdiyi iddia olunan hərəkətlə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, təcrübəli hücumçu qarşılaşmanın 68-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini yerinə yetirməzdən əvvəl "Bismillah" ifadəsini səsləndirib.

Bu görüntülər və iddialar qısa zamanda sosial media platformalarında yayılıb. Azarkeşlərin böyük hissəsi hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinən Kriştianu Ronaldonun bu davranışını müsbət qarşılayaraq ona dəstək ifadə edən rəylər paylaşıb.

Qeyd edək ki, futbolçunun həmin ifadəni işlətməsi ilə bağlı yayılan məlumatlar sosial şəbəkələrdə geniş müzakirə olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)