Azərbaycanda avro və rubl bahalaşdı

3 İyul 2026 09:23

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, iyulun 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0363 manata kimi ucuzlaşıb, öz növbəsində, Rusiyanın 100 rublu 2,1915 manatadək, avro isə 1,9459 manatadək bahalaşıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)