Xalq artisti Aygün Kazımova növbəti dəfə səhnədə nümayiş etdirdiyi səmimi davranışı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, konsert zamanı sənətçinin ayaqqabısının bağı açılıb. Həmin an köməkçilərindən biri müdaxilə etmək istəsə də, Pop kraliçası buna ehtiyac olmadığını göstərib. Mikrofonu qısa müddətlik köməkçisinə uzadan ifaçı özü əyilərək ayaqqabısının bağını bağlayıb.
Daha sonra çıxışını davam etdirən Aygün Kazımova gülümsəyərək "Səhnədə hər şey olur" sözlərini söyləyib. Onun bu təbii və rahat davranışı zalda olan tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sənətçinin sözügedən görüntüləri sosial şəbəkələrdə də geniş yayılıb. İzləyicilər Aygün Kazımovanın sadəliyini və səmimiyyətini yüksək qiymətləndirərək paylaşım barədə çoxsaylı müsbət rəylər yazıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)