Aysunun "Hade" rəqsi gündəm oldu - (Video)

5 İyul 2026 13:57

Müğənni Aysun İsmayılova sosial şəbəkədə paylaşdığı yeni videosu ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi "Hade" musiqisinin sədaları altında nümayiş etdirdiyi rəqs performansını izləyiciləri ilə bölüşüb. Qısa müddətdə geniş yayılan görüntülər sosial media istifadəçilərinin marağına səbəb olub.

Aysun İsmayılovanın enerjili rəqsi müxtəlif platformalarda müzakirə mövzusuna çevrilib. İzləyicilər paylaşımla bağlı fərqli rəylər səsləndirərək sənətçinin çıxışını şərh ediblər.

Müğənninin sözügedən paylaşımı qısa zamanda çoxsaylı baxış, bəyənmə və şərh toplayaraq gündəm olmağı bacarıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)