Məşhur türk müğənni Nuri Sərinləndiricinin mahnısı ilə videosunu paylaşdı - (Video)

3 İyul 2026 09:28

Məşhur türkiyəli müğənni Soner Sarıkabadayı sosial şəbəkədə etdiyi yeni paylaşımı ilə izləyicilərinin diqqətini cəlb edib.

Milli.Az-ın məlumatına görə, sənətçi şəxsi TikTok hesabında Azərbaycanlı ifaçı Nuri Sərinləndiricinin mahnısı fonunda çəkilmiş görüntülərini yayımlayıb.

Qısa zamanda geniş yayılan video sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Paylaşım çoxsaylı baxış toplayıb, izləyicilər isə şərhlərində Soner Sarıkabadayının Azərbaycan musiqisinə yer verməsini yüksək qiymətləndiriblər.

Müğənninin sözügedən paylaşımı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilərək böyük maraq doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)