Virtual məkanda fəaliyyət göstərən dələduzlar yeniyetmələrdən pul qoparmaq üçün onların "bioloji anaları" kimi davranmağa başlayıblar.
Milli.Az xəbər verir ki, bu yeni cinayət sxemi barədə "Baza" Teleqram kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, fırıldaqçılar Rusiyanın Kaluqa vilayətinin Tarusa rayonunun başçısı Mixail Qolubevin 14 yaşlı oğlunu aldatmağa cəhd ediblər. Məktəbli "bioloji ana"sından emosional bir mesaj alıb, naməlum qadın çətin şəraitdə olduğunu üçün onu başqa bir ailəyə verdiyinə görə ondan üzr istəyib. Söhbət zamanı qadın yeniyetmədən dövlət sığınacağı portalının kodunu istəyib. Xoşbəxtlikdən, oğlan buna inanmayıb və dərhal əsl valideynlərinin yanına gedib.
Qolubev özü bu hekayəni "Türkiyə və ya Hindistan serialına layiq olay" adlandıraraq yumorla şərh edib. Lakin o, vətəndaşları ayıq-sayıq olmağa çağırıb.
Qeyd edək ki, yaxın xarici ölkələrdə trend olan belə fırıldaqlar, 1-2 ay gecikmə ilə ölkəmizə də gəlir, bir xeyli sadəlövh insan tora düşəndən sonra tədbirlər görülməyə başlanır. Ona görə də bəri başdan ehtiyatlı olmaqda, hər zəng inanmamaqda fayda var. (Musavat.com )
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)