Səhər yeməklərinə və çay süfrələrinə ləzzət qatacaq bu xırt-xırt pendirli çörək qızartması, bayat çörəkləri dəyərləndirmək üçün əla bir seçimdir. Bu praktik resept həm uşaqların, həm də böyüklərin sevəcəyi doyurucu və qənaətcil bir seçimdir.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
7-8 dilim bayat kənd çörəyi
1 ədəd böyük yumurta
3 xörək qaşığı süzmə qatıq
60 qram rəndələnmiş kaşar peyniri
2 xörək qaşığı qarğıdalı unu
1 xörək qaşığı buğda unu
2 xörək qaşığı süd
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı duz
Yarım çay qaşığı qara istiot
Yarım çay qaşığı sarımsaq tozu
1 xörək qaşığı xırda doğranmış cəfəri
Qızartmaq üçün bitki yağı
Hazırlanma qaydası:
Dərin bir qabda yumurtanı çalın. Üzərinə süzmə qatıq və südü əlavə edərək hamar bir qarışıq hazırlayın.
Rəndələnmiş kaşar peynirini əlavə edin. Daha sonra qarğıdalı unu, buğda unu, qabartma tozu, duz, qara istiot və sarımsaq tozunu əlavə edib qarışdırın.
Sonda xırda doğranmış cəfərini əlavə edin. Hazırladığınız qarışıq çörəyin üzərində qalacaq qədər qatı olmalıdır.
Çörək dilimlərini hazırladığınız qarışığa bir-bir batırıb hər tərəfini örtün.
Tavada bitki yağını orta odda qızdırın və çörəklərin hər iki üzü qızılı rəng alana qədər qızardın.
Artıq yağını çəkməsi üçün qızarmış çörəkləri kağız salfetin üzərinə çıxarın. Üzərinə bir az daha rəndələnmiş kaşar səpib isti-isti servis edin.
Bir günlük və ya azca bayatlamış çörəkdən istifadə etmək qarışığın çörəyə daha yaxşı yapışmasını təmin edir.
Qarışığın qatılığı çox qatı olarsa az miqdarda süd, çox axıcı olarsa bir az un əlavə edərək tarazlaya bilərsiniz.
Peynirin daha yaxşı əriməsi üçün incə rəndələnmiş kaşar və ya asan əriyən digər peynirlər seçin.
Yağın həddindən artıq qaynar olmamasına diqqət edin; orta odda bişirmək çörəyin xaricinin çıtır, daxilinin isə yaxşı bişməsini təmin edir.
Daha yüngül bir nəticə üçün çörəkləri airfryer və ya əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada bişirə bilərsiniz.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)