İsraildəki Türk Şəhidlər abidəsinə hücum olub

7 İyun 2010 09:18
İsrailin cənubundakı Ber Şava şəhərində I Dünya müharibəsində ölən türklərin xatirəsinə tikilən şəhidlər xiyabanı hücuma məruz qalıb. "Anadolu" agentliyi (AA) xəbər verir ki, abidədə olan Türkiyə bayrağı yandırılıb, abidənin divarlarına isə türklüyün əleyhinə şüarlar yazılıb.

Qeyd edək ki, bu, Türk Şəhidlər abidəsinə qarşı törədilən ikinci hücumdur.

Ber Şava bələdiyyə sədri Rubik Danilovits hadisəni pisləyərək bu hərəkətin onlara yaraşmayan rəftar olduğunu bildirib. Danilovits həmçinin hər iki hücumu törədənlərin ələ keçirilməsi üçün polisə müraciət etdiklərini deyib.

Xatırladaq ki, I Dünya müharibəsində Ber Şavada ölən 298 türkün xatirəsinə 2002-ci ildə açılan abidənin olduğu meydana Ber Şava bələdiyyəsi tərəfindən Atatürkün adı verilib və Atatürkün büstü qoyulub.

/ANS PRESS/