FİFA rəhbərliyi dünya çempionatı ilə bağlı radikal qərar qəbul etməyə hazırlaşır.
Milli.Az xəbər verir ki, FIFA gələcək dünya çempionatları qış aylarında təşkil etməyi planlaşdırır.
Ali futbol qurumu yay aylarında hökm sürən anomal istilər səbəbindən yaranan problemlərin yenidən təkrarlanmasını istəmir. Artıq Səudiyyə Ərəbistanında keçiriləcək "DÇ-2034"ün qış aylarında baş tutacağı dəqiqləşib.
Təşkilat bu təcrübəni ənənəyə çevirmək niyyətindədir. Belə ki, 2038-ci il dünya çempionatı və ondan sonrakı turnirlərin də məhz qış aylarında keçirilməsi planlaşdırılır. Bu qərarın qəbul ediləcəyi təqdirdə, daxili çempionatların və Avropa kuboklarının təqvmində ciddi dəyişikliklər qaçılmaz olacaq. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)