"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni (Videosu)

2 İyul 2026 22:53

Bu gün "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyeva yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəzər Rayon Məhkəməsi onu həmçinin 2 il 6 ay sürücülük hüququndan məhrum edib. Hökm elan olunduqdan sonra İlduzə Hacıyeva məhkəmə zalında həbs olunub.

Sosial şəbəkələrdə onun həbs olunmasına səbəb olan qəzanın yeni görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən həmin görüntüləri təqdim edir:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)