Ləman Ələşrəfqızının oğurlanan pulları qaytarıldı

2 İyul 2026 22:41

Ötən gün kiberdələduzların qurbanı olan Əməkdar jurnalist Ləman Ələşrəfqızının oğurlanmış 600 manat məbləğində vəsaiti özünə qaytarılıb. 

Milli.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb:

"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)