Ermənistanda 2,4 ballıq zəlzələ olub

2 İyul 2026 20:15

Ermənistanın İcevan şəhərindən 14 km şimalda 2,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zəlzələnin yerli vaxtla saat 19:05-də qeydə alındığı bildirilir.

Episentrdəki zəlzələnin gücü 3 bal olub. Zəlzələ İcevanda, eləcə də Açacur, Xaştərək və Sevkar kəndlərində hiss olunub. Adıçəkilən bölgələrdə zəlzələnin gücü 2-3 bal olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)