Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 2-nə keçən gecə Kiyevə endirilən kütləvi zərbələrə görə Rusiyanın cavab alacağını bildirib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə o, paytaxtın Darnitsa rayonunda zərbənin endirildiyi yerdə bildirib.
"Rusiya Kiyevə bugünkü zərbəyə görə cavab alacaq - mütləq", - Zelenski deyib.
O, həmçinin bildirib ki, Ukrayna "ədalətli sülh və müharibənin ədalətli şəkildə başa çatması"nın tərəfdarıdır.
Qeyd edək ki, İyulun 2-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə növbəti genişmiqyaslı zərbələr endirib, onun əsas hədəfi Kiyev olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)