Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - Yenilənib

2 İyul 2026 20:13

Qazaxda çaydan çıxarılan yeniyetməni həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

-----------

Qazaxda çayda batan 2012-ci il təvəllüdlü M.Sadıqov xilas edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, yeniyetmə sudan çıxararılaraq təcili yardım birqadasına təhvil verilib.

Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə Bala Çaylı kəndi ərazisində qeydə alınıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)