Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Prezidentin Fərmanına əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə artırılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)