Sabah çimərliklərdə gözlənilən hava açıqlandı

2 İyul 2026 16:02

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Milli Hidrometeorologiya Xidməti"ndən Milli.Az-a bildirilib ki, iyulun 3-də mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)