"Neftçi"nin keçmiş futbolçusu Yaponiya millisinin baş məşqçisi olmaq istəyir

2 İyul 2026 17:51

"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda sosial şəbəkə hesabında Yaponiya millisinin baş məşqçisi olmaq istədiyini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, veteran futbolçu 1 il müddətinə ölkəsinin millisində baş məşqçi olmağı təklif edib.

O, komandanın hazırkı çalışdırıcısı Hajime Moriyasuya yeni, 1 illik müqavilə təklif edilməsindən sonra özünü bu postda sınamaq istədiyini söyləyib:

"Fərqli fikirlərin olacağını düşünürəm, lakin yenə də danışacağam. Hajime Moriyasuya 1 illik müqavilə təklif edildiyi barədə xəbər gördüm. Bu, növbəti məşqçi postuna uyğun namizəd tapılmadığı üçün müvəqqəti variantdırsa, məni 1 illik sınayın. Asiya Kubokunda uduzsaq, məni heç bir söhbətsiz qovun. Bu çağırışı qəbul etməyə hazıram".

Qeyd edək ki, Yaponiya seçməsi DÇ-2026-nın 1/16 finalında Braziliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Keysuke Honda 2021-ci ildə "Neftçi"də forma geyinib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)