Gəncədə 29 yaşlı gənc bıçaqlandı

2 İyul 2026 12:25

Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Aleksandr Konalinko bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır./"Qafqazinfo" 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)