Şair Nazilə Səfərli izləyicilər tərəfindən tənqid olunub.
Milli.Az xəbər verir ki, buna səəbə isə onun bir aydır ev işlərini filippinli qadına gördürməsi olub.
Səfərli tənqidlərə belə cavab verib:
"Xoşuma gəlir. Elə bil evdə dili var, ağzı yox bir gəlin var. Üzümə qayıtmır, məni incitmir, sifət etmir, başıaşağı işini görür. Yemək və ya çay istəyəndə gətirir. O qədər arxamca danışdılar, qeybətimi etdilər, əməyimi itirdilər ki, insanlardan qaçıram. Ürəyim istəyəndə yatıram, ürəyim istəyəndə uzanıram. Bundan da utanmıram ki, niyə mən yatıram, o işləyir. Çünki mən də gedib kiminsə qapısında işləyirəm, balasını tərifləyirəm, əziyyətini çəkirəm. İnsan bir yerdən qazanar, bir yerdən də xərcləyər".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)