Nail Kəmərlinin yeni iş yeri bəlli oldu

2 İyul 2026 12:12

Tanınmış bloger Nail Kəmərli Speys TV-nin efirində yeni layihə ilə çıxış etməyə hazırlaşır.

Milli.Az bakupost.az-a istiandla xəbər verir ki, o, həftəiçi beş gün yayımlanacaq "Space Patrul" verilişinin aparıcısı olacaq.

Məlumata görə, proqramda ölkədə baş verən mühüm kriminal hadisələr, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar, eləcə də gündəmin diqqət çəkən cinayət xəbərləri tamaşaçılara təqdim olunacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)