Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Milli.Az-a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-də günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.
Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)