Qızıl həmişə etibarlı sərmayələrdən hesab olunub. Xüsusən də indi bu sərmayəni əldə etmək istəyənlər üçün əlverişli şərait yaranıb, çünki bazarda qızılın qiyməti ucuzlaşır. Bəs, bu ucuzlaşma alıcıları cəlb edə bilirmi?
Milli.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, qızıl qiyməti düşüb:
"Bu gün türk qızılının qramı 160 manata qədər azalıb, İtaliya qızılının qiyməti də 280 manatdan 220 manata qədər enib".
Həmçinin satıcılar qeyd edirlər ki, qızılın qiyməti yay aylarında artmayacaq, lakin payıza doğru onun qiymətində artım müşahidə oluna bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)