Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksində güclü yanğın baş verib, nəticədə 4 avtomobil yanıb.
Milli.Az xəbər verir ki, hadisə yaşayış kompleksinin ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yanğın nəticəsində 4 avtomobilə ciddi ziyan dəyib.
Əraziyə cəlb olunan yanğınsöndürən briqadaları həyətə çətinliklə daxil olsalar da yanğın söndürülüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)