Şok: ana iki oğlunu doğrayıb yedi

21 Avqust 2012 12:51
Milli.Az Bangkok Post-a istinadən bildirir ki, şəhərdə yaşayan qadın iki uşağını öldürüb, şaqqalayaraq doğrayıb, sonra da bişirərək yeyib.

1 və 5 yaşlı iki oğlunu doğrayıb yemiş manyak ananı polis həbs edib.
Polisdən verilən məlumata görə, hadisə yerinə çağırılmış asayiş keşikçiləri gördükləri mənzərəyə inanmayıblar.

"Evin qapısını açanda qadını gördük. Əl-ayağı qan içində olan qadın otağın ortasında uzanıb yatmışdı. Onun ətrafında isə şaqqalayıb parçalanmış uşaqların bədən hissələri vardı", - polis zabiti deyib.

Ma Ay küçəsindəki ikimərtəbəli evdə yaşayan qadın polis idarəsinə aparılıb. O, müstəntinqlərin suallarının heç birinə cavab verməyib.

Qadının 2007-ci ildə ruhi xəstəxanada müalicə olunduğu bildirilir.
İki oğlunu yemiş qadının ərinin dediyinə görə, arvadı iki ay əvvəl dərman içməyi dayandırıbmış.

"4 günlüyə şəhəri tərk etmişdim. Qayıdanda arvadıma dərmanlarını alıb gətirəcəkdim. Onun belə vəhşilik edəcəyini ağlıma belə, gətirməzdim", - manyak qadının əri deyib.

Qadın ruhi xəstə olduğundan Suan Pranq ruhi xəstəxanasına müayinə və müalicəyə göndərilib.

Milli.Az