Türkiyədə bir gündə 20 zəlzələ

2 İyul 2026 09:45

Çərşənbə günü Türkiyənin müxtəlif bölgələrində bir sıra zəlzələlər qeydə alınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarına görə, ən güclü zəlzələ 3,6 bal gücündə olub. Onun episentri Van şəhərindən təxminən 55 km cənub-qərbdə yerləşib.

Gün boyu isə Türkiyənin müxtəlif bölgələrində 20-dən çox zəlzələ baş verib. Qalan zəlzələlərin maqnitudası 2,8-i keçməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)