Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO

2 İyul 2026 00:30

Bakıda xaricdən idxal edilən dondurulmuş toyuq ətinə tələbat artıb.

Milli.Az  "Xəzər" TV-yə istinadən xəbər verir ki, bu məhsulların satışı ilə məşğul olan sahibkarlar qiymətlərin yerli məhsullarla müqayisədə daha ucuz olmasının alıcı marağını şərtləndirdiyini bildirirlər.

Qeyd olunur ki, idxal olunan dondurulmuş toyuqlala yerli istehsal olan toyuq əti arasında qiymət fərqi kifayət qədər kəskindir. Məhz bu səbəbdən həmin məhsulların əsas alıcıları restoran və ictimai iaşə obyektləridir.

Sözügedən məhsullar, əsasən, Ukrayna və Belarusdan idxal edilir. Bazar qiyməti 4-5 manat arasında dəyişən bu toyuqların üzərində "halal" sertifikatının olduğu da vurğulanır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)