Bakıda qeyri-adi yol qəzası baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın qəsəbələrindən birinin daxili küçəsində "Toyota Prius" və BYD markalı avtomobillər toqquşub.
Hadisə zamanı sürət yüksək olmasa da, BYD markalı avtomobil aşıb.
Qəzada ciddi xəsarət alan olmayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)