Xalq artisti Röya Ayxan bu dəfə seçdiyi dəbdəbəli geyimi ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, pop ulduzunun tədbirlərdən birində geyindiyi libas həm zövqlü dizaynı, həm də yüksək qiyməti ilə izləyicilərin marağına səbəb olub.
Məlumata görə, Röya Ayxanın seçdiyi geyim məşhur "Dolce & Gabbana" brendinə məxsusdur. Libasın satış qiymətinin 3895 ABŞ dolları, yəni təxminən 6620 manat olduğu bildirilir.
Sənətçinin bahalı seçimi sosial mediada geniş müzakirələr yaradıb. Bəzi izləyicilər Röya Ayxanın zövqünü və obrazını yüksək qiymətləndirərək libası bəyəndiklərini ifadə ediblər. Digərləri isə geyimin qiyməti ilə bağlı müxtəlif fikirlər bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)