Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötüb

1 İyul 2026 23:23

Venesuelada iyunun 24-də baş verən dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 2 mini keçib.

Milli.Az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 2 295 nəfərə çatıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)