Sosial şəbəkələrdə yayılan toy videosu qısa zamanda gündəmə çevrilib və izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, kadrlarda gəlinin şənlik zamanı klub musiqisinin sədaları altında sərbəst və enerjili rəqs nümayiş etdirdiyi görünür. Onun rəqs performansı toy iştirakçılarının diqqətini çəksə də, görüntülər birmənalı qarşılanmayıb.
Paylaşımın yayılmasının ardından çoxsaylı istifadəçi gəlinin rəqsini tənqid edib. Bəzi izləyicilər toy məclisində bu cür çıxışın uyğun olmadığını bildirərək, məclisin sanki gecə klubunun ab-havasını xatırlatdığını qeyd ediblər.
Bununla yanaşı, bir qrup sosial media istifadəçisi isə gəlinin öz xoş günündə istədiyi kimi əylənmək hüququnun olduğunu vurğulayaraq onu müdafiə edib.
Sözügedən görüntülər qısa müddətdə minlərlə baxış toplayıb və sosial şəbəkələrdə müxtəlif fikirlərə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)