Ən çox kolleksiya yaratmağa meyilli 4 bürc: Yığmağı sevənlər

2 İyul 2026 07:07

Bəzi insanlar xatirələri yığmağı sevir, bəziləri isə bu xatirələri təmsil edən əşyaları. Kolleksiya etmək; səbir, diqqət və xüsusi bir ehtiras tələb edən özəl bir məşğuliyyətdir. Kimi illərlə eyni seriyanın çatışmayan hissələrini axtararkən, kimiləri köhnə qəpik pullardan vallara, kitablardan antik əşyalara qədər bir çox fərqli obyekti bir araya gətirərək özünəməxsus bir dünya yaradır.

Milli.Az xəbər verir ki, astroloqların fikrincə, bəzi bürclər təbiəti etibarilə nələrisə yığmağa və qorumağa daha meyillidir. Detallara önəm verən, dəyərli gördüyü şeyləri saxlamağı sevən və ya nadir tapılan parçaların arxasınca düşən bu bürclər kolleksiyaçılığı adi bir hobbidən çox daha irəli bir nöqtəyə daşıya bilərlər. Onlar üçün bir əşya sadəcə bir əşya deyil; bir hekayə, bir xatirə və ya özəl bir dəyərin təmsilçisidir. Bəs, kolleksiya yaratmağa ən meyilli bürclər hansılardır? 

Buğa: Dəyərli və daimi parçaların izləyicisi
Buğa bürcü kolleksiya etmək mövzusunda zodiakın ən sabit bürclərindən biridir. Venera tərəfindən idarə olunan Buğalar estetik dəyəri yüksək, keyfiyyətli və uzun illər boyunca dəyərini qoruya biləcək əşyalara qarşı təbii bir maraq duyurlar. Onlar üçün kolleksiya etmək yalnız bir hobi deyil, eyni zamanda sahib olduqları şeylərlə bağ qurmanın bir yoludur.

Buğa bürcləri etibar duyğusuna önəm verirlər. Sahib olduqları əşyalar onlara hüzur və sabitlik hissi verir. Bundan başqa, keyfiyyətli məhsulları ayırd etməkdə olduqca bacarıqlıdırlar.

Maraq göstərdikləri kolleksiyalar: Antik əşyalar, vallar (plastinka), zinət əşyaları, sənət əsərləri və xüsusi şərablar.

Qız bürcü: Nizamlı kolleksiyaçı
Qız bürcü kolleksiya etməyi sadəcə yığmaq kimi görmür; onun üçün vacib olan nizam, sistem və tamlıqdır. Zodiakın ən detallı bürclərindən biri olan Qızlar, kolleksiyalarına böyük bir qayğı göstərirlər. Bir çox insan kolleksiyasını zamanla dağınıq hala gətirərkən, Qız bürcü hər parçanın müəyyən bir yerdə olmasını istəyir.

Onlar üçün kolleksiyanın dəyəri qədər nizamı da önəmlidir. Bir parçanın çatışmaması onları narahat edə bilər, buna görə də çatışmayan hissəni tapmaq üçün uzun müddət araşdırma apara bilərlər.

Güclü tərəfləri: Nizamlılıq, diqqət, səbir, analitik düşünmə və titizlik.

Əqrəb: Sirli və nadir parçaların ovçusu
Əqrəb bürcü üçün kolleksiya etmək, yalnız nələrisə yığmaqdan çox daha artığıdır. Onlar adi insanların diqqətini çəkməyən, hekayəsi olan və asan tapılmayan parçaların arxasınca düşürlər. Əqrəbin təbiətindəki maraq və araşdırmaçı xarakter, onu kolleksiyaçılıq mövzusunda olduqca uğurlu edir.

Əqrəb bürcləri fərqli olmağı sevirlər. Hər kəsin sahib olduğu şeylər onlara çox cəlbedici gəlməyə bilər. Onlar üçün vacib olan göstəriş deyil, sahib olduğu parçaların özündə oyandırdığı mənadır.

Maraq göstərdikləri kolleksiyalar: Tarixi sənədlər, antikalar, köhnə məktublar və xüsusi nəşr kitablar.

Oğlaq: Uzun müddətli kolleksiya ustası
Oğlaq bürcü kolleksiya etməyə duyğusal bir həvəsdən çox, uzun müddətli bir investisiya və uğur layihəsi kimi yanaşır. İntizamlı quruluşu, səbirli xarakteri və hədəf yönümlü düşünmə tərzi sayəsində illər boyu sabit şəkildə kolleksiyasını böyüdə bilər.

Oğlaq bürcləri adətən bir məqsəd doğrultusunda kolleksiya edirlər. Bir parçanı almazdan əvvəl araşdırma aparır, qiymətini incələyir və gələcəkdəki dəyərini hesablamağa çalışırlar. Bu xüsusiyyətləri onları bilinçli kolleksiyaçı edir.

Maraq göstərdikləri kolleksiyalar: Saatlar, kolleksiya pulları, investisiya dəyəri daşıyan məhsullar.Kolleksiya etmək sadəcə əşya yığmaq deyil; həm də insanın xarakterini, maraq sahələrini və həyata baxış bucağını əks etdirir. Əgər ətrafınızda illərdir eyni ehtirasla bir şeylər yığan biri varsa, onun bürcünün bu siyahıda olma ehtimalı olduqca yüksəkdir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)