"Qarabağ" daha bir yoxlama oyununda uduzub

1 İyul 2026 21:31

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.

Milli.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Macarıstanın "Ferenstvaroş" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0.

Azərbaycan təmsilçisi günün ilk yoxlama matçında Ukraynanın "Xarkov" kollektivinə 2:6 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)