Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Şəki, Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən bəzi fərdi yaşayış evlərinin və mənzillərin təmiri həyata keçiriləcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib.
Belə ki, layihə çərçivəsində damın metal ətəyinin köhnə rənginin və xarici divarların köhnə rənginin qaşınıb təmizlənməsi, həmçinin yararsız taxta qapı bloklarının sökülməsi və s. işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Layihəyə xərclənəcək ehtimal olunan ilkin məbləğ 459 892 manatdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)