Şairə Cığatel İsaqızı canlı efirdə etdiyi duyğusal açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi mərhum həyat yoldaşı Camala ünvanladığı təsirli sözlərlə kövrəlib. O, həyat yoldaşının yoxluğunun ailədə böyük boşluq yaratdığını bildirərək, yaşanan ağır günlərdən danışıb.
Cığatel İsaqızı bir müddət əvvəl avtomobil qəzasında həyatını itirən nəvəsini xatırlayarkən də göz yaşlarını saxlaya bilməyib. Şairə bildirib ki, bu itkinin ağrısı illər keçsə də azalmayıb və ailə üzvləri hələ də həmin faciənin təsirindən çıxa bilməyiblər.
Onun sözlərinə görə, nəvəsinin vəfatından sonra oğlunu yenidən həyata bağlamaq üçün böyük mübarizə aparıb. Buna baxmayaraq, ailənin yaşadığı kədərin hələ də davam etdiyini vurğulayıb.
Şairə əlavə edib ki, yaxınlarının təsəlli sözləri belə bəzən onun acısını azaltmır. Həyatı boyu insanlara yaxşılıq etməyə çalışdığını deyən Cığatel İsaqızı yaşadığı ağır itkinin səbəbini qəbul etməkdə çətinlik çəkdiyini etiraf edib.
Onun səmimi və duyğusal açıqlamaları sosial şəbəkələrdə izləyiciləri də kövrəldib və geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)