Sifariş etdiyi avtomobil aksesuarı gözlədiyi kimi gəlmədi

1 İyul 2026 17:49

Vətəndaşın "AliExpres" onlayn alış-veriş platformasından sifariş etdiyi avtomobil aksesuarı müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, o bu barədə sosial şəbəkədə görüntülər paylaşıb.

Belə ki, vətəndaş avtomobilin baqaj qapağına quraşdırılan və spoyler kimi tanınan aksessuar sifariş edib. Lakin məhsul ona çatdıqda gözlədiyindən xeyli kiçik olduğu ortaya çıxıb.

İstifadəçi məhsulun görüntülərini sosial şəbəkədə paylaşaraq yaşadığı vəziyyəti izləyicilərlə bölüşüb. Paylaşım qısa zamanda çoxsaylı baxış toplayıb və istifadəçilər arasında müzakirə olunub.

Müəllif: Mina Mikayılova ( Milli.Az müxbir)