Əməkdar artist efirdə anasından danışıb ağladı - (Video)

1 İyul 2026 14:44

Əməkdar artist İlkin Əhmədov anası Kifayət İsmayılova ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi "Qonaqcanlı" verilişində bildirib ki, anası onun haqqında danışarkən hər dəfə kövrəlir və keçmişdə yaşadıqları çətin günləri xatırlayır.

İlkin Əhmədovun sözlərinə görə, o, anasından niyə bu qədər təsirləndiyini soruşduqda, anası onu böyük zəhmət və əziyyətlə böyütdüyünü deyir.

Müğənni isə hesab edir ki, övlad böyütmək bütün analar üçün böyük fədakarlıq tələb edir və hər bir ana övladını min bir əziyyətlə ərsəyə çatdırır.

Sənətçinin bu duyğusal açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər anaların övladları naminə çəkdikləri zəhməti vurğulayaraq paylaşıma çoxsaylı dəstək və xoş sözlər yazıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)