AFFA rəsmisinə UEFA-dan təyinat

1 İyul 2026 14:29

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Milli.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Elbasani" (Albaniya) - BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, qarşılaşma iyulun 7-də, Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)