Ziraat Bank Azərbaycan Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir!

1 İyul 2026 10:30

2 İyul - Polis İşçilərinin Peşə Bayramı münasibətilə Ziraat Bank Azərbaycan tərəfindən polis əməkdaşları üçün istehlak kreditləri üzrə xüsusi kampaniya həyata keçirilir.

Kampaniya çərçivəsində istehlak kreditləri üzrə faiz dərəcələri 10.9%-dən, kredit rəsmiləşdirilməsi komissiyası isə 0.5% təşkil edir.

Polis əməkdaşları 50 000 AZN-dək, əmək haqqının 12 mislinədək, zaminsiz və sığortasız istehlak kreditini filiala yaxınlaşaraq əldə edə bilərlər.

Kampaniya 01.07.2026 - 31.07.2026 tarixləri arasında qüvvədə olacaq.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.