Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?

1 İyul 2026 10:45

Bu gündən Azərbaycanda bir sıra dəyişikliklər tətbiq olunacaq.

Milli.Az xəbər verir ki, dəyişikliklər nəqliyyat, sosial təminat, energetika və hərbi xidmət sahələrini əhatə edir.  

Belə ki, bu gündən "BakıKart" kartının satış qiyməti 2 manatdan 3 manata yüksəlir.

Eyni zamanda, gücü 25-60 Vt olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Həmçinin qadınların pensiya yaşı da artırılır. Belə ki, pensiya yaşı 64 il 6 aydan 65 yaşa yüksəlir.

Bundan başqa, Bakı-Balakən qatarının vaxtı dəyişir. Yeni qrafikə əsasən, qatar Bakından saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək.

İyulun 1-dən 30-dək hərbi xidmətə növbəti çağırış və ehtiyata buraxılma prosesi həyata keçiriləcək.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)