Mbappenin qarşısında baş əydi

1 İyul 2026 10:54

Fransa millisinin baş məşqçisi Didye Deşamın İsveçlə keçirilən oyunda Kilian Mbappeyə etdiyi jestlə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, qarşılaşma zamanı əvəzlənən Mbappe ehtiyat oyunçular skamyasına üz tutarkən Didye Deşam ona tərəf baş əyərək alqışlayıb. Həmin an televiziya kameralarının obyektivinə tuş gəlib və qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Baş məşqçinin bu davranışı internet istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub. Bəzi azarkeşlər bunu Mbappenin oyundakı çıxışına hörmət əlaməti kimi qiymətləndiriblər. Digərləri isə jesti fərqli cür şərh edərək mövzu ətrafında müxtəlif fikirlər səsləndiriblər.

Qeyd edək ki, Kilian Mbappe İsveçlə keçirilən qarşılaşmada iki qola imza ataraq Fransa millisinin qələbəsində əsas pay sahibi olub.

Didye Deşamın futbolçuya göstərdiyi bu jest qısa müddətdə sosial mediada geniş müzakirə olunan görüntülərdən birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)