Bakıda evdən meyit tapıldı

30 İyun 2026 22:38

Bakıda evdən meyit tapılıb.

Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Natiq Əliağa oğlu Rəhimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib. 

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./Lent.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)