UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu

1 İyul 2026 03:03

UEFA "Fənərbaxça" klubunu maliyyə qaydalarını pozduğuna görə cərimələyib.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisinə 7 milyon avro məbləğində pul cəzası kəsilib.

Buna səbəb klubun 2025-ci il üzrə heyət xərclərinin UEFA-nın müəyyən etdiyi həddi aşması olub.

Bildirilir ki, "Fənərbaxça" heyət xərcləri nisbətini 70 faizdən yuxarı göstərərək UEFA-nın heyət xərcləri qaydasını pozub.

Qeyd edək ki, UEFA-nın maliyyə davamlılığı qaydalarına əsasən, klubların heyət xərclərinin gəlirlərə nisbəti müəyyən olunmuş həddi keçməməlidir.

2025-ci il üçün bu limit 70 faiz təşkil edir./Lent.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)