Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb

30 İyun 2026 21:01

2025-ci ildə Azərbaycanda satılmış 86 147 turizm zərfinin 67 301-i və yaxud 78,1 %-i Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri üçün rəsmiləşdirilib.

Milli.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ölkədaxili səyahətlər üçün Azərbaycan vətəndaşlarına 8 483 turizm zərfi satılıb. Bu göstərici ümumi satışların 9,8 %-ni təşkil edib.

Bununla yanaşı, Azərbaycanda səyahət etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 10 363 turizm zərfi satılıb ki, bu da ümumi satışların 12 %-i deməkdir.

Beləliklə, ötən il satılan hər 10 turizm paketindən təxminən 8-i xarici ölkələrə səfərlər üçün, cəmi 1-i isə ölkədaxili səyahətlər üçün alınıb./"Report"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)