Sabah FK futbol klubu braziliyalı müdafiəçi Igor Nogueira ilə yollarını ayırıb.
Bu barədə klubun rəsmi məlumatında bildirilib.
Qeyd olunub ki, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib və tərəflər əməkdaşlığa xitam veriblər.
Nogueira 2024-cü ildən "Sabah"ın heyətində çıxış edib. O, bu müddətdə ümumilikdə 62 oyunda meydana çıxaraq 4 qol vurub.
Futbolçu "Sabah"la birlikdə bir dəfə Azərbaycan çempionu olub, həmçinin iki dəfə ölkə kubokunun qalibi adını qazanıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)