Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır

30 İyun 2026 17:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Milli.Az xəbər verir ki, iclasın əsas gündəm mövzuları Ankarada keçiriləcək NATO Liderlər Zirvəsinə hazırlıq və Ərdoğanın ABŞ Prezidenti Donald Trampla planlaşdırılan görüşü olacaq.

Bundan başqa, "Terrorsuz Türkiyə" təşəbbüsü çərçivəsində görülən işlər və bu istiqamətdə əldə olunan nəticələr də Nazirlər Kabinetində müzakirə ediləcək.

Hökumət üzvləri ölkədəki iqtisadi vəziyyət və inkişaf istiqamətləri ilə bağlı məsələləri də nəzərdən keçirəcəklər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)