Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib

30 İyun 2026 17:17

Prezident İlham Əliyev Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqesə məktub ünvanlayıb.

Məktubda qeyd olunur:

"Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)