Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı

5 İyul 2026 01:01

Azərbaycanın Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə etdiyi yeni paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, aktrisa qızı Gülər ilə birlikdə keçirdiyi istirahətdən fotoları izləyiciləri ilə bölüşüb. Ana və qızın səmimi görüntüləri qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanıb.

Paylaşılan fotolarda onların xoş əhval-ruhiyyədə vaxt keçirdiyi görünür. İzləyicilər ana-balanın mehriban münasibətini yüksək qiymətləndirərək paylaşımın altına çoxsaylı xoş sözlər və ürək emojiləri yazıblar.

Məleykə Əsədovanın paylaşımı qısa müddətdə geniş baxış toplayıb. Bəzi istifadəçilər ana və qızın səmimi münasibətinə heyran qaldıqlarını ifadə ediblər.

Sözügedən fotoları təqdim edirik:

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)