Xamenei atasının dəfnində iştirak etməyəcək?

30 İyun 2026 15:57

İranın ali dini lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin atasının dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı qərar hələ açıqlanmayıb.

Bu barədə Əli Xameneinin dəfn mərasiminin təşkili üzrə qərargahın katibi Əli Əkbər Purcəmşidian məlumat verib.

Onun sözlərinə görə, Müctəba Xameneinin mərasimdə iştirakı ilə bağlı qərarı yalnız rəhbərlik ofisi verə bilər.

Xatırladaq ki, yayılan məlumata əsasən, Əli Xamenei vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)