Televiziya aparıcısı Zaur Baxşəliyev yeni imici ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, verilişlərinin bağlanmasından sonra ilk dəfə fərqli görünüşdə ictimaiyyət qarşısına çıxan aparıcı saç düzümündə etdiyi dəyişikliklə izləyicilərini təəccübləndirib. Baxşəliyev saçları ilə vidalaşaraq tamamilə yeni obraz seçib.
Onun yenilənmiş görünüşünü əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilərin bir qismi aparıcının yeni imicini uğurlu hesab edərək ona təriflər yağdırıb, digərləri isə onu əvvəlki görünüşü ilə müqayisə edərək müxtəlif fikirlər səsləndiriblər. Zaur Baxşəliyevin imic dəyişikliyi maraq doğurub çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)